İsrail ordusu Qəzzada fələstinlilərdən canlı qalxan kimi istifadə edir - CNN
İsrail ordusunun əsgərlərini təhlükəyə atmamaq üçün fələstinlilərdən canlı qalxan kimi istifadə etdiyi və Qəzzada sıxışdırıldığı düşünülən bina və tunellərə girməyə məcbur etdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, CNN televiziyasına danışan bir İsrail əsgəri və daha əvvəl həbsdə olan 5 fələstinli İsrail ordusunda "ağcaqanad protokolu" kimi tanınan tətbiqi izah edib.
Fələstinlilərin bina və tunellərdə gizli tələlərinə və gizli partlayıcı maddələrə qarşı qalxan kimi istifadə edilməsinin Qəzzada olan İsrail əsgərləri arasında adi bir təcrübə olduğunu ifadə edən əsgər, onların İsrail əsgərlərindən əvvəl binaya girməyə məcbur etdiklərini deyib.
Seymur BƏNNAYEV