Fransa səfiri Petrosyanla GÖRÜŞDÜ
Oktyabrın 24-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivier Dekottini ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə “səfirin xahişi ilə” Petrosyan Ermənistanın daxili və xarici siyasi problemləri haqda danışıb.
Sabiq prezident Ermənistanın “indiki ağır durumun”da Fransa hökumətinin göstərdiyi səmimi və prinsipial dəstəyə görə təşəkkürünü bildirib.