15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

 12:39 25.10.2024     128

Norveç uşaqları internetdəki zərərli məzmundan və alqoritmlərin mənfi təsirlərindən qorumaq məqsədilə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi (15 yaş) tətbiq etməyi planlaşdırır. Hazırda ölkədə minimum yaş həddi 13-dür.

Redaktor.az xəbər verir ki, bu yeni tənzimləməni həyata keçirmək üçün hökumət Fərdi Məlumatlar Qanununa dəyişiklik etməyi planlaşdırır. Bundan əlavə, yaş məhdudiyyətlərinin aşılmasının qarşısını almaq üçün yaş yoxlama sistemi hazırlanacaq.

Ölkənin baş naziri iri texnoloji şirkətlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı çətinlikləri etiraf edib. Uşaqlar və Ailələr Naziri Kjersti Toppe valideynlərə sosial mediaya "yox" demə fürsətinin verilməsinin vacib olduğunu vurğulayıb.

Sevinc İBRAHİMZADƏ