Supermarketə hücum nəticəsində 5 nəfər yaralandı - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində mağazada ziyarətçinin bıçaqla hücumu nəticəsində 5 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə şəhər Səhiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Kosmonavtov prospektində yerləşən “Okay” mağazasında ziyarətçinin bıçaqla hücumu nəticəsində 5 Sankt-Peterburq sakini yaralanıb. Vəziyyəti ağır olan 4 nəfər 26 saylı şəhər xəstəxanasına və vəziyyəti orta-ağır olan 1 nəfər Təcili Tibbi Yardım İnstitutuna çatdırılıb”, - məlumatda deyilir.
Səhiyyə komitəsinin məlumatına görə, hücum edən şəxs də tibb müəssisəsinə aparılıb.
Turan İSMAYIL