BƏƏ şirkəti Ermənistanda günəş stansiyası tikəcək

 15:46 25.10.2024     197

Gələn həftə Ermənistan İqtisadiyyat Nazirliyi BƏƏ-nin Masdar şirkəti ilə respublikada ikinci böyük günəş elektrik stansiyasının tikintisinə dair müqavilə imzalamağa hazırlaşır.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlament komissiyasında regional və Avrasiya inteqrasiyası üzrə sazişin müzakirəsi zamanı deyib.

"Şirkət Ermənistan hökuməti ilə 200 meqavat gücündə ilk günəş stansiyası olan Aig-1 haqqında müqaviləni 2021-ci ilin noyabrında imzalayıb. Layihəni ilkin olaraq Erməni Milli Maraq Fondu (ANİF), ləğv edildikdən sonra isə İqtisadiyyat Nazirliyi idarə edirdi. 2022-ci ilin əvvəlində şirkət eyni gücdə ikinci elektrik stansiyasının tikintisi ilə bağlı ilkin razılığa gəlib, lakin müqavilənin imzalanması gecikib. İndi isə onun Yerevanda keçirilməsi planlaşdırılır”, - o əlavə edib.

Xatırladaq ki, Aig-1-in tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulsa da, onun müddətləri təxirə salınıb.

Turan İSMAYIL