11 jurnalist ölüb, 8-i yaralanıb - Livan Səhiyyə Nazirliyi

 17:16 25.10.2024     98

2023-cü ilin oktyabr ayından bəri soyqırım törədən İsrailin Livanda həyata keçirdiyi hava zərbələri nəticəsində jurnalistlər həlak olub.

Redaktor.az xəbər verir ki, Livanın səhiyyə naziri Firas əl-Əbyad paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında İsrailin ölkədəki hücumlarında həlak olan jurnalistlərlə bağlı məlumat yayıb.

Əbyad İsrailin 2023-cü ilin oktyabr ayından Livana endirdiyi hava hücumlarında 11 jurnalistin öldüyünü, 8-nin isə yaralandığını bildirib.

Türkan İSGƏNDƏRLİ