Ukrayna NATO-ya üzv ola bilməz - Şolts

 17:17 25.10.2024     185

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukrayna müharibə şəraitində olduğu üçün NATO-ya üzv ola bilməz.

Redaktor.az xəbər verir ki, Kansler Şolts ZDF telekanalında iştirak etdiyi proqramda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələri dəyərləndirib.

Ukraynanın NATO üzvlüyünün gündəmdə olmayan bir proses olduğunu ifadə edən Şolts deyib ki, Müharibə edən bir ölkənin NATO üzvü ola bilməyəcəyini anlamanın çox vacib olduğuna inanır.

Türkan İSGƏNDƏRLİ