İnterpolun axtardığı 7 avtomobili İraq və İranda satacaqdılar, həbs olundular
Almaniyadan icarəyə götürdükləri milyonlarla lirə dəyərində lüks avtomobilləri İstanbul üzərindən İran və İraqa apararaq satmağa hazırlaşan 5-i Mərakeş vətəndaşı olan 7 nəfər həbs edilib.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, İnterpol tərəfindən Almaniyadan 6 lüks avtomobilin oğurlanaraq kirayə üsulu ilə İstanbula gətirildiyi müəyyən edildikdən sonra Asayiş Şöbə Müdirliyi və Avtomobil Oğurluğu Bürosu qrupları araşdırma başladıb. Araşdırmalar nəticəsində avtomobillərdən ikisi Küçükçekmecedəki dayanacaqda, digər 4-ü isə müxtəlif dayanacaqlarda aşkar edilib. Tapılan avtomobillərin izinə düşən detektivlər, nəqliyyat vasitələrini tərk edən şəxslərin qaldığı otelə basqın edib. Reyd nəticəsində biri qadın olmaqla 7 şübhəli saxlanılıb.
Avto Oğurluq İdarəsinin rəisinə gətirilən şübhəlilərdən biri dindirilərkən törətdiyi cinayəti etiraf edib. Şübhəli ifadəsində oğurluq şəbəkəsinin maşınları Almaniyadan gətirmək üçün onları min avroya icarəyə götürdüyünü bildirib. Polisin araşdırması nəticəsində şübhəlilərin Almaniyadan avtomobilləri icarəyə götürdükdən sonra İstanbula gəldikləri, daha sonra saxta sənədlər hazırlayaraq həmin avtomobilləri İran və İraqda satmağa çalışacaqları müəyyən edilib. Ələ keçirilən avtomobillərdən birində saxta sənədlər və yazı makinası ələ keçirildiyi öyrənilib.
İnterpolun axtardığı 6 ədəd lüks avtomobil sahiblərinə təhvil verilib.
Sevinc İBRAHİMZADƏ