17 uşağı oğurlayıb satan qadın ölüm cəzasına məhkum edildi

 17:37 25.10.2024     186

Çində Quizhou əyalətinin sakini 17 uşağı oğurlayıb satdığı üçün ölüm cəzasına məhkum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlum olub ki, məhkum edilən şəxs yerli sakin Yu Huain olub.

Məhkəmə onu 1993-1996-cı illərdə Quizhou və Chonqinq şəhərlərindən 11 uşağı qaçıraraq Hebey əyalətinin Handan şəhərinə satmaqda ittiham edərək ilk dəfə ölüm cəzasına məhkum edib. Qadın qərara etiraz edib və məhkəmə qərarı yenidən baxılması üçün göndərilib, lakin daha sonra yeni faktlar üzə çıxıb.

İstintaqın məlumatına görə, 12 ailənin övladı qaçırılıb, onlardan beşi hər iki uşağını itirib. Məlumatda uşaqların yaşı göstərilməyib.

Qadın ölüm cəzası ilə yanaşı, ömürlük siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib.

Sevinc İBRAHİMZADƏ