Ukrayna Gürcüstana təxribatçı göndərdi - Şok iddia

 20:13 25.10.2024     203

Kiyev ekstremist qruplardan birinin koordinatorunu Gürcüstana göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib.

"Ukrayna xüsusi təyinatlılarının qarşıya qoyduğu tapşırıqları yerinə yetirməyə hazır olanlar arasında keçmiş “Azov” yaraqlısı 1997-ci il təvəllüdlü Avaliani Zakro Nodaroviç də var. Hazırda o, artıq Gürcüstandadır. Ekstremist qruplardan birinin koordinatoru kimi xidmət edir", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, Nodaroviç iğtişaş iştirakçılarına pul ödəməyə də cavabdehdir. Həmin şəxs Mariupolda qeydiyyatdadır və Ukrayna vətəndaşlığı var. O, ilin sonunda Gürcüstanı tərk etməyi planlaşdırırdı.

Qeyd edək ki, daha öncə ekstremist qrupun Gürcüstanda kütləvi iğtişaşlarda iştiraka hazırladığını təsdiq edən sənəd dərc edilib.

Gürcüstanda parlament seçkiləri sabah keçiriləcək.