Hizbullah İsrailə raketlə hücum ETDİ

 20:48 25.10.2024     101

Livandakı Hizbullah Hərəkatı İsrailin şimalındakı Qaliley bölgəsinə raket zərbəsi endirib. Hücum nəticəsində 2 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, Livandakı Hizbullah Hərəkatı İsrailin şimalındakı Qaliley bölgəsində ərəb şəhəri kimi tanınan Məcd əl-Krumu hədəf alıb.

Raket hücumu nəticəsində 2 nəfər ölüb. İsrail Müdafiə Qüvvələrinin (IDF) ayrı-ayrılıqda verdiyi açıqlamada bir müddət əvvəl Qərbi Qalileydən İsrail ərazisinə daxil olan pilotsuz təyyarənin vurulduğu bildirilib.

Seymur BƏNNAYEV