Gürcüstan seçkilərini 24 mindən çox müşahidəçi izləyəcək

 21:29 25.10.2024     152

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini yerli və xarici müşahidəçi təşkilatların 24 mindən çox nümayəndəsi müşahidə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə MSK sədri Georgi Kalandarişvili bildirib.

"76 beynəlxalq təşkilatdan 17000-dən çox beynəlxalq müşahidəçi və 111 yerli təşkilatdan 23000-dən çox müşahidəçi seçki prosesini izləyəcək. Seçkiləri 199 yerli və xarici KİV-in 2800-dən çox nümayəndəsi işıqlandıracaq", - o  qeyd edib.

Gürcüstanda qarşıdan gələn parlament seçkiləri ilk dəfə olaraq seçicilərin demək olar ki, 90%-i üçün seçki məntəqələrinin 74%-də quraşdırılacaq elektron seçki qutularından istifadə edilməklə keçiriləcək. Səs skanerlərindən əlavə, seçicilərin şəxsiyyətini yoxlamaq üçün xüsusi texnologiyadan istifadə olunacaq.

Seymur BƏNNAYEV