Serbiya Aİ-yə üzvlük üçün səylərini davam etdirəcək - Vuçiç

 21:57 25.10.2024     179

"Mən dövlət başçısı olduğu müddətdə respublika öz xarici siyasət hədəflərini dəyişməyəcək və Avropaya inteqrasiya yolunu davam etdirəcək".

Redaktor.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Mən respublikanın prezidentiyəm, ölkədə ən yüksək legitimliyə sahibəm. Birinci turda iki dəfə ardıcıl olaraq vətəndaşlar tərəfindən birbaşa seçilmişəm. Bu tariximizdə görünməmiş bir şey idi. Bu o deməkdir ki, bizim Avropa yolumuz və Avropa Serbiyasına sadiqliyimiz bizim tərəqqimizin mərkəzidir və bu yolu davam etdirmək niyyətindədir”, - o  qeyd edib.

Seymur BƏNNAYEV