Putindən təslim olan Ukrayna əsgərləri ilə bağlı AÇIQLAMA

 22:35 25.10.2024     101

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əsgərləri arasında könüllü olaraq ruslara təslim olanlar da var.

Redaktor.az xəbər verir ki, bu  barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri onların həyat və təhlükəsizliyinə zəmanət verir. Bundan başqa o qeyd edib ki, ukraynalı məhbuslarla yaxşı rəftar olunur.

Daha əvvəl Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin komandirləri Kursk vilayətində təslim olmağa cəhd edən öz əsgərlərini güllələyirlər.

Seymur BƏNNAYEV