İrandan İsrailin hücumu ilə bağlı AÇIQLAMA

 09:35 26.10.2024     118

İsrail bu gün səhər tezdən Tehran, Xuzistan və İlam əyalətlərində bir neçə hərbi obyektə zərbələr endirib. 

Redaktor.az xəbər verir ki, bu barədə İranın Hava Hücumundan Müdafiə Qərargahı məlumat yayıb.

"Hava Hücumundan Müdafiə sistemimiz müvəffəqiyyətlə hücumların qarşısını alıb, onlara qarşı mübarizə aparsa da, bəzi ərazilərə məhdud ziyan dəyib", - açıqlamada bildirilir.