Altı məhbus həbsxanadan QAÇDI
Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları Lipetsk vilayətindəki 2 saylı Cəzaçəkmə Müəssisəsinin yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.
Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.
Qeyd edilib ki, hal-hazırda bütün operativ xidmətlər onların axtarışına cəmlənib. Lipetsk vilayətinin FİN idarəsi, Daxili İşlər Nazirliyi, Rosqvardiya və FSB ilə birlikdə cinayətkarların axtarılması və saxlanılması üçün zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırmalara başlanılıb.