Bu, növbəti saxtakarlığın faktıdır - Zaxarova
Rusiyanın aktivləri hesabına Ukraynaya kreditin ayrılması Avropa Birliyinin növbəti saxtakarlığının faktıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu qərar AB-nin ABŞ və digər tərəfdaşları ilə birlikdə Kiyev rejimini maliyyələşdirmək üçün öz xərclərini kompensasiya etmək baxımından hazırladığı növbəti saxtakarlıq sxemidir.
Avropa Birliyinin Rusiyanın “dondurulmuş” aktivlərindən gəlir əldə etmək cəhdinə Rusiya tərəfinin qəti cavabı özünü çox gözlətməyəcək", - Zaxarova qeyd edib.