Avstraliyada iki kiçik təyyarə TOQQUŞDU

 20:22 26.10.2024     53

Avstraliyanın Sidney şəhərində iki kiçik təyyarənin havada toqquşaraq meşəlik əraziyə düşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.

Redaktor.az xəbər verir ki, Regional polis Sidneydə baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.

Açıqlamada iki kiçik təyyarənin havada toqquşaraq meşə sahəsinə düşdüyü, 3 nəfərin öldüyü bildirilib.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) qəzanı araşdırır.

Seymur BƏNNAYEV