Aldığımız zənglərə cavab verə bilmirik - Qəzzada Mülki Müdafiə

 20:23 26.10.2024     156

Qəzza Mülki Müdafiə Müdirliyi İsrailin hücumları səbəbiylə Qəzza zolağının şimalında evləri bombalanaraq yandırılan vətəndaşların çətinlik çağırışlarına cavab verə bilməyəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Qəzza Mülki Müdafiə Müdirliyindən verilən yazılı açıqlamada, İsrailin 22 gündür soyqırım və etnik təmizləmə həyata keçirdiyi Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində işlərin dayandırıldığı bildirilib.

Açıqlamada deyilir: "Qəzza zolağının şimalındakı Cibaliya və Nazla şəhərlərində İsrail tərəfindən bombalanan və yandırılan evlərdən çoxlu zənglər aldıq və təəssüf ki, onlara cavab verə bilmirik". 

Seymur BƏNNAYEV