MİT-dən PKK-ya TUSAŞ əməliyyatı

 20:26 26.10.2024     81

TUSAŞ-a qarşı törədilən terror hücumundan sonra MİT TUSAŞ-ın istehsalı olan ANKA PUA-ları ilə Suriya və İraqın şimalında PKK/YPG-yə aid ümumilikdə 157 hədəfi vurub.

Redaktor.az xəbər verir ki, MİT Suriya və İraqın şimalında terrorçuların hədəflərini məhv edib.

PKK-nın TUSAŞ-a qarşı həyata keçirdiyi mənfur terror aktından sonra MİT 23-26 oktyabr tarixləri arasında Suriya və İraqın şimalında PKK/YPG-yə aid ümumilikdə 157 məntəqəyə qarşı əməliyyat keçirib.

Əməliyyatlarda PKK/YPG-nin təşkilat qərargahı, hərbi təlim düşərgələri, logistika/texniki anbarları, silah/sursat anbarları və müdafiə sənayesi obyektləri hədəfə alınıb.

Seymur BƏNNAYEV