Türklərin və kürdlərin bir-birini sevməsi fərzdir - Devlet Bahçeli

 20:36 26.10.2024     198

"Türklə Kürdün bir-birini sevməsi fərzdir. Kürdləri sevməyən türk varsa, türk deyil. Türkü sevməyən kürd varsa, o da kürd deyil". 

Redaktor.az xəbər verir ki, bu Devlet Bahçeli bu sözləri Türkiyə Akademiyası Siyasi Sosial Strateji Araşdırmalar Vəqfi (TASAV) tərəfindən partiyanın qərargahında təşkil edilən “Ziya Gökalp ölümünün 100-cü ildönümündə” adlı simpoziumda çıxışı zamanı deyib.

Gökalpın “türkçülük türk millətini yüksəltmək idealıdır” dediyinə diqqət çəkən Bahçeli milli mədəniyyətin tərifi və sivilizasiyanın təsviri ilə türk düşüncə həyatında iz qoyduğunu qeyd edib.

Seymur BƏNNAYEV