Meksikada baş verən yol qəzasında 24 nəfər ÖLDÜ

 20:52 26.10.2024     89

Meksikanın Sakatekas ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20-dən çox adam ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ştatın qubernatoru David Monreal Avila məlumat verib.

Onun sözlərinə görə, Nayarit ştatından Çiuaua ştatına gedən avtobusun qəzaya uğraması nəticəsində 24 sərnişin ölüb, 5 nəfər yaralanıb.

Vurğulanıb ki, avtobus öz-özünə traktordan ayrılan qoşquya çırpılıb.