Zurabişvili “qələbə” statusu YAYDI
Seçkiləri saxtalaşdırmaq cəhdlərinə və diaspor səslərinin azlığına baxmayaraq, Avropa Gürcüstanı 52% səslə qalib gəlir.
Redaktor.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili X səhifəsində yazıb.
“Gürcüstan demokratiya, avropalıq və yetkinlik nümayiş etdirdi... Mən fəxr edirəm və Avropa gələcəyimizə əminəm!” – o bildirib.
Qeyd edək ki, artıq MSK-nın rəsmi nəticələri elan edilir. Hazırda bülletenlərin 69,94%-nin sayılmasından sonra hakim Gürcü Arzusu 52,98%-lə liderdir.
Zurabişvilinin qalib saydığı Avropa Gürcüstanının da daxil olduğu Birlik – Milli Hərəkat koalisiyası 9,08 faizlə Dəyişiklik üçün Koalisiyaya (11,99%) belə uduzur.