Rusiya üzərində 30 dəqiqəyə 12 PUA VURULDU
Rusiyanın hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatını məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 19:20-dən 19:50-dək Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb və Bryansk vilayəti ərazisi üzərində 12 PUA məhv edilib”, - məlumatda bildirilib.