Keçmiş prezident sui-qəsdə məruz QALDI

 20:24 27.10.2024     163

Boliviyanın keçmiş prezidenti Evo Morales avtomobili ilə hərəkətdə olan zaman silahlı şəxslərin hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Moralesin özü sosial şəbəkə səhifəsində məlumat yayıb.

O bildirib ki, avtomobilində 14 dəfə atəş açılıb, sürücüsü başından yaralansa da, özü hər hansı xəsarət almayıb:

“Heyrət içindəyəm, sonda həyatımızı xilas etdik”.

Qeyd edək ki, E.Morales 2006-2019-cu illərdə Boliviyaya rəhbərlik edib.