Viktor Orban Gürcüstana səfər EDƏCƏK
Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstana səfər edəcək və bu da o deməkdir ki, o, parlament seçkilərindən sonra bu ölkəyə səfər edən ilk xarici lider olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bu bu məlumatı jurnalistlərə təsdiqləyib.
Onun sözlərinə görə, Macarıstanın Baş nazirinin səfəri onun gürcü həmkarı İrakli Kobaxidzenin dəvəti ilə baş tutacaq.