Polşa Dəmir Pərdənin müasir versiyasını ÇƏKİR
Polşanın Belarus və Rusiya ilə sərhədində tikilməkdə olan müdafiə istehkamları sistemi - “Şərq qalxanı”nı Dəmir Pərdənin müasir versiyasıdır.
Redaktor.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Qərbdəki bəzi siyasətçilər istehkam sisteminin tikintisinin başlamasına dəhşətlə baxırlar. Onların görmək istədikləri son şey Dəmir Pərdənin bərpasıdır", - deyə o bildirib.
O, əlavə edib ki, Polşa vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Dəmir Pərdəni yenidən qurmaq lazımdırsa, o zaman bu, həyata keçiriləcək.
Qeyd edək ki, “Şərq qalxanı” (Tarcza Wschod) adlanan layihə Rusiya və Belarusla sərhəddə istehkamlar, maneələr, bunkerlər və müşahidə sistemləri şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Onun ümumi dəyəri 10 milyard zloti (2,5 milyard dollardan çox) qiymətləndirilir və tikinti işlərinin başa çatdırılması 2028-ci ilə planlaşdırılır.