Almaniyanın vacib QƏRARI - 2025-ci il 30 iyuna qədər...
Ötən il Almaniya Çin, Mərakeş və Türkiyədən vizanın rədd edilməsinə etiraz prosesini bir il müddətinə dayandırılıb. Bu müraciətin müddətinin 30 iyun 2025-ci il tarixinə qədər uzadıldığı açıqlanıb.
Redaktor.az xəbər verir ki, Türkiyədən Şengen ölkələrinə viza müraciətləri rekord dərəcədə rədd edilib, Almaniya isə bu vəziyyəti daha da sərtləşdirmək üçün bir addım atıb.
Almaniya Xarici İşlər Nazirliyi 2023-cü ildə verdiyi açıqlama ilə Türkiyə, Çin və Mərakeşdə viza rəddinə edilən etirazların qiymətləndirilməsinin dayandırıldığını açıqlayıb. Bu qərarın bir il müddətinə uzadılacağı gözlənildiyi halda, müraciətlər 30 iyun 2025-ci ilə qədər avtomatik olaraq dayandırılması qərara alınıb.
Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, pandemiyadan sonra səyahət məhdudiyyətlərinin qaldırılması ilə dünya üzrə viza müraciət mərkəzlərinin sıx tələb yükü ilə üzləşdiyi bildirilib. Bu vəziyyətin viza təyinatı etmək istəyənlərin aylarla gözləməsinə səbəb olduğu və müraciətləri araşdıran qrupun potensialının artırılması məqsədilə etiraz müraciətlərinə baxacaq heyətin başqa bölmələrə təyin edildiyi vurğulanıb.
Sevinc İBRAHİMZADƏ