Türkiyədə 200-dən çox İŞİD üzvü SAXLANILDI
Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat yayıb.
“İŞİD terror qruplaşmasına qarşı 45 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 216 nəfər saxlanılıb”, - nazir qeyd edib.
Qeyd edək ki, Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.
Türkan İSGƏNDƏRLİ