İraq BMT-yə etiraz ETDİ
İraq İsrailin İrana zərbə endirmək üçün respublikanın hava məkanından istifadə etməsi ilə əlaqədar BMT-yə etiraz edib.
Redaktor.az xəbər verir ki, bu barədə İraq Nazirlər Kabineti məlumat yayıb.
İraq oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini kobud şəkildə pozması və İrana zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə əlaqədar bağlı BMT Baş katibi Antonio Quterreş və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz notası göndərib.
Ölkə həmçinin Xarici İşlər Nazirliyinə baş vermiş İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ ilə əlaqə saxlamağı tapşırıb.
Türkan İSGƏNDƏRLİ