Rusiya Ukraynanın Kurskdakı itkilərinin sayını AÇIQLADI

 14:52 28.10.2024     97

Ukrayna Silahlı Qüvvələrinin gün ərzində Kursk vilayətində itkiləri 350-dən çox hərbçi olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiya MN bütün dövr ərzində Ukrayna ordusunun Kurs vilayətində 27,5 min nəfərdən çox hərbçi itirdiyini açıqlayıb.

Qeyd olunub ki, Rusiya qoşunları gün ərzində Ukrayna tərəfinin 7 əks-hücumunu dəf edib və Kursk vilayətində hücumu davam etdiriblər.