Rusiya onları gizli şəkildə Kurska yerləşdirdi: Cəbhə edam meydanına ÇEVRİLİR

 15:50 28.10.2024     71

İlk Şimali Koreya qüvvələri artıq Rusiyanın Kursk vilayətində yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Forbes” məlumatlı mənbələrə istinadla yazır.

Nəşr bildirir ki, Moskva koreyalıları gizli şəkildə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə yaxın istiqamətlərdə yerləşdirir.

Ukrayna kəşfiyyatı da minlərlə Şimali Koreya hərbçisinin cəbhəyə gəlməyə başladığını təsdiqləyir. Bununla belə, “Forbes” əlavə edir ki, Koreya qüvvələrinin Kurskda yerləşdirilməsi sənədlərdə öz əksini tapmayıb.

“Şimali Koreya hərbçilərindən ibarət dəstə Kurskda Ukrayna ordusunun hücumunu dayandırmağa çalışan Rusiya Hərbi Dəniz Qüvvələrinin 810-cu Dəniz Briqadasına təyin edilib. Ukrayna pilotsuz təyyarələri və artilleriyası hələlik rusları geri itələyir”, - nəşr vurğulayır.

Məqalədə qeyd olunur ki, dəniz briqadası öz qəddarlığı və zəif nizam-intizamı ilə tanınır. Məsələn, Rusiyanın 155-ci Dəniz Briqadası bu yaxınlarda 9 ukraynalı hərbçini edam edib.