Zelenski İslandiyaya səfər ETDİ

 17:37 28.10.2024     95

Ukrayna Prezidenti Volodimir Zelenski İslandiyaya işgüzar səfərə gedib. 

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı özü məlumat yayıb.

“Mən İslandiyaya ilk dəfə işgüzar səfərlə gəlmişəm. Mən dördüncü Ukrayna-Şimali Avropa sammitində iştirak edəcəyəm”, - lider yazıb.

Zelenski əlavə edib ki, o, həmçinin İslandiya, Danimarka , Norveç , Finlandiya və İsveçin baş nazirləri ilə ikitərəfli danışıqlar , habelə İslandiya prezidenti ilə görüş keçirməyi planlaşdırır.

Türkan İSGƏNDƏRLİ