Ermənistan bu il 33 hərbçisini İTİRİB

 17:48 28.10.2024     81

Ermənistan silahlı qüvvələrində 2024-cü ildə 33 hərbçi qeyri-döyüş şəraitində ölüb.

Redaktor.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Onun sözlərinə görə, hərbi qulluqçulardan 11-i yol qəzaları, 5-i ağır xəsarətlər, 2-si təyyarə qəzası, 5-i isə xəstəlik nəticəsində həlak olub.