Bizə qərbli tərəfdaşlarımızın güclü dəstəyi lazımdır - Zurabişvili

 17:52 28.10.2024     96

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ və Aİ-nin parlament seçkilərinin nəticələrinə qarşı mitinqlərə dəstək verəcəyinə ümidlidir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Associated Press" agentliyinə müsahibəsində deyib.

“Bizə avropalı və amerikalı tərəfdaşlarımızın güclü dəstəyi lazımdır. Regionda sabitlik üçün Qafqazda Avropanın gücü olmalıdır", - Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti  son seçkiləri tamamilə saxtakar adlandırıb və ölkə sakinlərini seçkilərin nəticələrinə etiraz etmək üçün etiraza çağırıb.

Türkan İSGƏNDƏRLİ