Livan İsraildən BMT Təhlükəsizlik Şurasına şikayət ETDİ

 19:12 28.10.2024     200

Livan İsrailin mülki şəxslərə, jurnalistlərə və tibb işçilərinə qarşı hücumları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.

Redaktor.az xəbər verir ki, Livan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Livanın BMT Nümayəndəliyinin İnformasiya Nazirliyi ilə koordinasiyalı şəkildə məsələ üzərində işlədiyi bildirilib.

Bu çərçivədə İsrailin Beyrutun Əvzai bölgəsi və ölkənin cənubundakı Hasbiya bölgəsindəki jurnalistləri və media obyektlərini hədəf alan, operator Visam Qasım və Qəssan Nəccar və yayım mühəndisi Məhəmməd Ridanın ölümünə səbəb olan hücumlar barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilib.

Bəzi jurnalistlərin və operatorların yaralanması ilə bağlı şikayət edilən bəyanatda İsrailin medianı dəfələrlə hədəf alması azad jurnalistikanın əsaslarını sarsıtdığı və bunun “İsrailin məsuliyyət daşımasını tələb edən bir müharibə cinayəti” olduğu vurğulanıb. 

Seymur BƏNNAYEV