Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

 19:30 28.10.2024     206

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında dərc olunan sənəddə bildirilir. 

Sənədə əsasən, Sosial Dizayn Agentliyi, "Struktur" şirkətlər qrupu, İnternet rabitəsi sahəsində Ümumrusiya idarələrarası səlahiyyət mərkəzi və hakimiyyət orqanları ilə cəmiyyət arasında rəqəmsal dialoq operatoru ANO "Dialoq" “ məhdudlaşdırıcı tədbirlərə məruz qaldılar.

Bundan əlavə, TSA-nın təsisçisi İlya Qambaşidze, TSA proqramının direktoru Andrey Perla və Struktur Qrupun sahibi Nikolay Tupikinə qarşı sanksiyalar tətbiq edilib. 

Oktyabrın 17-də Böyük Britaniyanın 22 Rusiya tankerinə qarşı sanksiya tətbiq etdiyi bildirilmişdi . Xarici İşlər Nazirliyinin bəyanatından belə çıxır ki, bu sanksiya paketi Londonun Rusiya tankerlərinə münasibətdə qəbul etdiyi ən böyük sanksiyalar paketidir. Bundan başqa, Rusiyanın qaz şirkəti “RusGazDobycha” ASC də sanksiyalara məruz qalıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, London Moskvanın hüquqlarını pozmaq üçün hər şeyi edir.

Turan İSMAYIL