İsrailin hava limanı beynəlxalq uçuşları DAYANDIRIR

 21:22 28.10.2024     79

İsrailin Təl-Əviv şəhərindəki "Ben Qurion" hava limanının əsas terminalının 5 ay müddətinə beynəlxalq uçuşlara bağlanacağı açıqlanıb.

Redaktor.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərində beynəlxalq aviaşirkətlərin Tel-Əvivə uçuşları dayandırması səbəbindən "Ben Qurion" hava limanının əsas binasının bağlanacağı açıqlanıb.

Noyabr ayından martın sonuna kimi hava limanının əsas binasının beynəlxalq reyslərə bağlı olacağı və xarici aviaşirkətlərin uçuşları dayandırması səbəbindən belə bir qərarın verildiyi bildirilib.

Seymur BƏNNAYEV