İsrail son 48 saatda 96 nəfəri ÖLDÜRÜB

 21:28 28.10.2024     213

Qəzzada Səhiyyə Nazirliyi İsrail ordusunun son 48 saatda həyata keçirdiyi hücumlarda 96 nəfərin həyatını itirdiyini, 277 nəfərin isə yaralandığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 388 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi 5 qırğında 96 nəfərin öldüyü, 277 nəfərin yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 20-yə, yaralıların sayı isə 101 min 110-a yüksəlib.

Seymur BƏNNAYEV