Bayden prezident seçkilərində erkən səs VERDİ

 22:40 28.10.2024     211

ABŞ-nin hazırkı dövlət başçısı Cozef Bayden Delaver ştatında prezident seçkilərində erkən səs verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Jurnalistlər bildirib ki, Bayden seçki məntəqəsinə gələn digər insanlar kimi səsvermədən əvvəl növbəyə dayanıb.

Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək. Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar.

Seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər.

Nümayəndələr Palatasındakı 435 yerin hamısının, Senatda isə 33 yerin sahibi noyabrın 5-də keçiriləcək seçkilərdə bəlli olacaq. Hazırda respublikaçılar Nümayəndələr Palatasına, demokratlar isə Senata nəzarət edirlər.