İsrail ordusu son 48 saat ərzində Livana 179 hava zərbəsi ENDİRİB

 23:14 28.10.2024     78

İsrail son 48 saatda Livana 179, 2023-cü il oktyabrın 8-dən isə 11 min 340 hava hücumu həyata keçirib.

Redaktor.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərində İsrailin hücumları və ölkədəki vəziyyətlə bağlı Livanın Ətraf Mühit Nazirliyinin hesabatı yer alıb.

Məlumata görə, İsrail ordusu son 2 gündə Livanın müxtəlif bölgələrinə 179 hava hücumu həyata keçirib və bununla da İsrailin 8 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hava hücumlarının sayı 11 min 340-a yüksəlib.

Seymur BƏNNAYEV