Rusiyada kərə yağının topdansatış qiymətləri aşağı düşüb

 23:43 28.10.2024     110

Kərə yağının topdansatış qiymətləri aşağı düşür ki, bu da onun pərakəndə satış qiymətinə təsir göstərməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

“Biz artıq topdansatış seqmentində qiymətlərdə azalma müşahidə edirik ki, bu da ortamüddətli perspektivdə pərakəndə satış qiymətlərinə təsir göstərməlidir”, - deyə məlumatda bildirilir.

Nazirlik xaricdən Rusiyaya kərə yağının tədarükünü artırmaq üçün tədbirlər həyata keçirir. Hindistan və İrandan tədarüklər edilir.

Nazirlik çiy süd istehsalının artırılmasını bazarın inkişafı üçün uzunmüddətli tədbir adlandırıb. Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, onun istehsal göstəriciləri ildən-ilə artır.

Turan İSMAYIL