Süni zəkadan bu məqsədlə istifadə etdi, 18 il müddətinə azadlıqdan məhrum edildi

 09:57 29.10.2024     167

Süni intellektdən istifadə edərək uşaq pornoqrafiyası yaratdığına görə ilk hökm İngiltərədə verilib. 27 yaşlı Hyu Nelson 18 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, o, uşaqların adi fotoşəkillərini pornoqrafik şəkillərə çevirmək üçün Daz 3D proqramından istifadə edib.

Hətta ona uşaqların real həyat fotoşəkillərini təqdim edən bu cür şəkillər üçün sifarişlər verilib. Ümumilikdə, bir il yarım ərzində Nelson söhbət otaqlarında məzmun sataraq təxminən 5000 funt sterlinq qazanıb.

Polis onun cihazlarında axtarış aparan zaman başqalarını da cinayət törətməyə təşviq etdiyini aşkar ediblər.

Hakim qeyd edib ki, Nelsonun hərəkətləri "iyrənc və kobud" olub və texnologiyadan bu cür məqsədlər üçün istifadə yalnız adamın cinayətini ağırlaşdırıb.

Nəzərinizə çatdıraq ki, ən populyar xidmətlər belə məzmunun yaradılmasını qadağan edir.

Sevinc İBRAHİMZADƏ