Gürcüstan Aİ-yə daxil olacaq - Viktor Orban

 14:25 29.10.2024     173

"Gürcüstanın Avropa İttifaqına (Ai) üzv olacağına inanır".

Redaktor.az xəbər verir ki, bu sözləri hazırda Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Mən tam əminəm ki, Gürcüstan Aİ-yə qəbul olunacaq. Gürcü xalqı Avropanın xeyrinə seçim edib. Macarıstan ölkənin Avropaya inteqrasiyasına dəstək verəcəyinə söz verir", - Baş nazir qeyd edib.

Orban həmçinin Gürcüstan-Macarıstan əməkdaşlığının müxtəlif sektorlarda, o cümlədən enerji sahəsində birgə layihələrdə əhəmiyyətini qeyd edib.

Türkan İSGƏNDƏRLİ