İsrailin müdafiə naziri Hizbullahın yeni liderini ölümlə HƏDƏLƏDİ

 17:14 29.10.2024     176

İsrail müdafiə naziri Yoav Qallant Hizbullahın yeni Baş katibi Naim Qasımı ölümlə hədələyib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri “X” platformasında paylaşım edib.

“Təyinat müvəqqətidir və uzun müddət çəkməyəcək”, - Qallant bildirib.

Qeyd edək ki, Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın müavini Naim Qasım bu gün təşkilatın yeni Baş katibi seçilib.