İran BMT-ni İsrailə sanksiya tətbiq etməyə çağırdı

 17:18 29.10.2024     207

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında və Livanda davam edən münaqişə və qan tökülməsinə cavab olaraq İsrailə qarşı sanksiyalar tətbiq etməlidir.

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"BMT Təhlükəsizlik Şurası Qəzza və Livanda davam edən hərbi əməliyyatlarına görə bu rejimə qarşı tədbir görməli və BMT Nizamnaməsinin 7-ci maddəsinə əsasən sərt sanksiyalar tətbiq etməlidir. İsrailin Yaxın Şərqdə davam edən hərbi fəaliyyəti həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaradır", - deyə nazir bildirib.

Türkan İSGƏNDƏRLİ