Ukrayna daha 160 min vətəndaşı səfərbər EDƏCƏK
Ukrayna hakimiyyəti əlavə 160 min vətəndaşı silahlı qüvvələrə səfərbər etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko deyib.
"Ümumilikdə 1,05 milyon vətəndaş müdafiə qüvvələrinə cəlb olunub. Biz daha 160 min nəfəri çağırmağı hədəfləyirik ki, bu da bizə hərbi hissələri 85%-ə qədər şəxsi heyətlə təmin etməyə imkan verəcək", - o qeyd edib.
Qeyd edək ki, ümumi səfərbərlik Ukraynada 2022-ci ilin fevralında elan edilib və o vaxtdan bir neçə dəfə uzadılıb. Çağırış yaşında olan kişilərin, ölkədən çıxışı ümumiyyətlə qadağandır. Möhlət almaq istəyənlər uyğunluqlarını təsdiq edən bir sıra sənədlər təqdim etməlidirlər.
Türkan İSGƏNDƏRLİ