Zelenski Danimarkanın Baş naziri ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Onlar görüşdə Kiyevə hərbi yardımın davam etdirilməsini müzakirə ediblər:
““Qələbə planı”na, eləcə də yerli silah istehsalına dəstək barədə mesajlarınıza görə təşəkkür edirik. Bu, çox mühüm təşəbbüsdür”, - deyə Ukrayna lideri bildirib.
Onlar həmçinin Ukrayna-Şimali Avropa sammitinin nəticələrini, Ukraynanın sursat və uzaqmənzilli silah istehsalının maliyyələşdirilməsi qərarını müzakirə ediblər. Tərəflər Danimarkanın Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək koalisiyasına rəhbərlik etməsinə, eləcə də Kiyevə hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının zəruriliyinə toxunublar.
Türkan İSGƏNDƏRLİ