İspaniya və Argentina arasında diplomatik böhran başa çatıb
İspaniya və Argentina arasında diplomatik böhran başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, İspaniya Argentina ilə təxminən 5 aya yaxındır yaşadığı diplomatik böhrana son qoymaq üçün Argentinanın paytaxtı Buenos Ayresə yeni səfir təyin edib.
Xatırladaq ki, böhrana səbəb İspaniyanın nəqliyyat naziri Oskar Puenten Salamanka şəhərində bir tədbirdə çıxışı zamanı Mileyin narkotik istifadə etdiyini bildirməsi olub. Argentina Prezident Aparatı isə həyat yoldaşı ilə bağlı korrupsiya iddialarını əsas gətirərək İspaniyanın baş naziri Pedro Sançesi sərt şəkildə ittiham edib. Bu hadisələr iki ölkə arasında diplomatik böhrana səbəb olub.
Türkan İSGƏNDƏRLİ