131 Avstraliya vətəndaşının Rusiyaya girişi qadağan EDİLDİ

 19:31 29.10.2024     165

Rusiya 131 Avstraliya vətəndaşının "siyasi səbəblərə görə" ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumatda Avstraliya hökumətinin bəzi Rusiya vətəndaşlarına qarşı siyasi səbəblərə görə sanksiya tətbiq etdiyi bildirilib.

Buna cavab olaraq Rusiya 131 Avstraliya vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Bu şəxslərin hərbi rəsmilər, şirkət rəhbərləri və jurnalistlər olduğu bildirilib.

Həmçinin, Avstraliyanın Rusiyaya qarşı siyasətini davam etdirdiyi və buna görə də sanksiyalar siyahısının yenilənməsi istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Seymur BƏNNAYEV